İşçi əvvəlki 12 təqvim ayını tam işləmədikdə müavinət necə hesablanır? (MİSALLA İZAH)
Analıq məzuniyyətinin verilməsi zamanı ən çox müzakirə doğuran məsələlərdən biri də işçinin son 12 ayın tam aylarında işləmədiyi halda müavinətin hesablanmasıdır.
Misal. “A” MMC-nin 5 illik sosial sığorta stajı olan işçisi Quliyeva Ülviyyə 1 mart 2019-cu il tarixdə işə qəbul olunub. İşə qəbul olunmamışdan öncəki 5 ayda hər hansı əmək fəaliyyəti olmayıb. Son iş yeri olan “B” MMC-də 2018-ci avqust ayında işdən çıxıb. Ülviyyə Quliyevanın son 7 ayda (mart – sentyabr 2019) əmək haqqı 400 manat təşkil edib. Bu zaman orta gündəlik qazancın hesablanması aşağıdakı şəkildə olacaq:
Proqram təminatından çıxarışdan göründüyü kimi işçi 2018-ci ilin sentyabr ayından 2019-cu ilin mart ayına qədər işləməsə də, iş günlərinin sayı 243 gün götürülüb. 2018-ci oktyabr ayından 2019-cu ilin sentyabr ayına olan dövrdə iş günlərinin sayı - 243 gün nəzərə alınıb. Bu səbəbdən işçiyə hesablanan orta gündəlik qazanc məbləği də az olur: 11,52 manat (2800 manat /243 gün).
Təəssüf ki, Əsasnamədə bu məsələ ilə bağlı işçinin ziyanına olan sərt yanaşma tətbiq edilib. Əgər işçinin işləmədiyi aylar nəzərə alınmasaydı, o halda işçiyə hesablanacaq gündəlik qazanc məbləği – 20,29 manat (2800 manat/138 gün (mart-oktyabr aylarında iş günlərin sayı) olacaqdı.
"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr) artıq SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın